“FourFourTwo” nəşri Çempionlar Liqasının finalında vurulan ən yaxşı qolların reytinqini dərc edib. Matc.az xəbər verir ki, birinci yeri 2018-ci ildə “Liverpul”un qapısına qayçı zərbəsi ilə qol vuran Qaret Beyl tutub.
Zinəddin Zidanın “Real”da olarkən 2001-ci ildə “Bayer”lə qarşılaşmadakı qolu ikinci sırada yer alıb.
İlk “10 qol belədi:
1. Qaret Beyl (“Real”): 2018-ci ildə “Liverpul”la oyun
2. Zinəddin Zidan (“Real”): 2001-ci ildə “Bayer”lə oyun
3. Mario Mandzukiç (“Yuventus”): 2017-ci ildə “Real”la oyun
4. Deyan Saviçeviç (“Milan”): 1994-cü ildə “Barselona” ilə oyun
5. David Vilya (“Barselona”): 2011-ci ildə “Mançester Yunayted”lə oyun
6. Lars Rikken (“Borussiya”, Dortmund): 1997-ci ildə “Yuventus”la oyun
7. Ernan Krespo (“Milan”): 2005-ci ildə “Liverpul”la oyun
8. Lionel Messi (“Barselona”): 2009-cu ildə “Mançester Yunayted”lə oyun
9. Kriştiano Ronaldo (“Mançester Yunayted”): 2008-ci ildə “Çelsi” ilə oyun
10. Raul Qonzales (“Real”): 2000-ci ildə “Valensiya” ilə oyun.