22 Noyabr 2024, 14:37
FUTBOL
İspaniya Futbolçuları Assosiasiyası La Liqada 2023-24 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, bu ada “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem layiq görülüb.
21 yaşlı orta sahə oyunçusu Madrid təmsilçisinin heyətində keçirdiyi ilk mövsümündə La Liqanın 28 matçında 19 qol vurub, 6 məhsuldar ötürmə verib. Bununla o, bombardirlər yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, Cud Bellinqem bu mövsüm bütün turnirlərdə 13 oyunda 1 qol vurub, 4 assist edib.