Avstriya Futbol Assosiasiyasının (ÖFB) prezidenti Klaus Mitterdorfer vəzifəsindən istefa verib. Matc.az xəbər verir ki, bunu funksioner özü açıqlayıb.

O, vəzifəsindən ayrılmaq qərarına gəldiyini bildirib: “Həmişə böyük mənzərəni görməyə, futbolun maraqlarına uyğun konstruktiv hərəkət etməyə və dəyərlərimə uyğun birləşdirici təsir göstərməyə çalışmışam. Sonuncunu edə bilmədim və buna görə hesablaşmağın vaxtı gəldi. Ümid edirəm ki, Avstriya futbolunu gücləndirəcək, müsbət dəyişikliklər gətirəcək və onun inkişafına töhfə verəcək bir şeyi geridə qoya bilmişəm”.

Qeyd edək ki, Avstriya yığması Millətlər Liqasının 2024-25 mövsümündə B Liqasının III qrupunda ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest