İtaliyanın “Pyaçentsa” klubu bir gündə iki məşqçini qovub. Matc.az xəbər verir ki, rəhbərlik əvvəlcə idman direktoru Alessio Sesta və baş məşqçi Karmin Parlatonun postlarını tərk etdiklərini açıqlayıb.
Sonuncunu yeni vəzifəsində bir gündən çox dayanmayan Simone Bentivolio əvəz edib. “Simone Bentivolio ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etdik. Bundan sonra komandaya Stefano Rossini rəhbərlik edəcək”, - deyə klubdan bildirilib.
Mütəxəssislə müqaviləyə xitam verilməsinə səbəb Bentivolionun bu postda qalacağı təqdirdə matçları boykot edəcəklərini elan edən azarkeşlərin narazılığı olub. Azarkeşlər mütəxəssisə 2011-ci ildə danışılmış oyunlar qalmaqalını xatırladıblar. Daha sonra italyan çalışdırıcı günahını etiraf edib və 13 ay müddətinə diskvalifikasiya olunub. Klub rəhbərliyi təyin olunan məşqçini elə həmin gün işdən çıxarıb.
Qeyd edək ki, “Pyaçentsa” D seriyasında 12 turdan sonra D qrupunda 14 xalla 11-ci pillədə qərarlaşıb.