“Mançester Siti”nin hücumçusu Erlinq Haland “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola haqda fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Norveç millisinin forvardı ispaniyalı mütəxəssisin ünvanına tərif yağdırıb.

O, sosial şəbəkə vasitəsilə Qvardiolanı bütün dövrlərin ən güclü çalışdırıcısı adlandırıb: “O, dünyanın ən yaxşı məşqçisidi və yəqin ki, indiyə qədər yaşamış ən yaxşı mütəxəssisdi”.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən İngiltərə klubunu çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest