“Lion”un yarımmüdafiəçisi Rayan Şerki uğrunda mübarizə gərginləşir. Matc.az xəbər verir ki, xüsusən Premyer Liqa klubları 21 yaşlı pleymeykeri almaqda maraqlıdı.

Bu baxımdan “Çelsi” və “Liverpul” bir addım öndə hesab olunur. “Lion” ciddi maliyyə problemləri yaşadığı üçün fransalı hücumameyilli oyunçusunu daha aşağı məbləğə satmağı planlaşdırır. Liqa 1 təmsilçisinin 84 milyon funt-sterlinq qazanması vacibdi. Fransızlar onu 25 milyon funt-sterlinqə yola salmağa hazırdı.

Qeyd edək ki, Şerki bu mövsüm bütün turnirlərdə 11 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest