“Cenoa”nın prezidenti Alberto Zanqrilyo hücumçu Mario Balotelli ilə yeni baş məşqçi Patrik Vieyranı barışdıracağına əmindi. Matc.az xəbər verir ki, o, gərginliyi arxada qoymağa çalışdığını bildirib.

“Mario yeni baş məşqçimiz kimi ağıllı insandı. Onlar mənim gözümün qabağında qucaqlaşacaqlar və əminəm ki, çiyin-çiyinə yaxşı işləyəcəklər”, - deyə prezident söyləyib.

Qeyd edək ki, 34 yaşlı Balotelli ilə 48 yaşlı Vieyra arasında gərginlik hər ikisi “Mançester Siti”də olarkən yaranıb. İtalyan daha sonra “Nitsa”da fransızın rəhbərliyi altında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest