Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Kəpəz" Misli Premyer Liqasının 14-cü turunda öz meydanında "Araz-Naxçıvan" 0:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.

Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiz?
- Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.

Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?
- Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan "Kəpəz"in xal qazanması idi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest