Misli Premyer Liqasının 14-cü turunun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"a uduzdu - 0:2.
Misli Premyer Liqasının 14-cü turunun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"a uduzdu - 0:2.
Matc.az xəbər verir ki, meydan sahiblərinin heyətindəki futbolçuların səviyyəsi bəllidi. Elə turnir cədvəlindəki mövqeləri də səviyyələrinə uyğundu.
Naxçıvan təmsilçisinə gəlincə, bu komanda o qədər azarkeşsiz oyun keçirib ki, 70-ci dəqiqədə gəncəli fanatların təzyiqinə dözə bilmədilər. Tribunadan bir balaca uğultu səsi gələn kimi, hətta ən bahalı futbolçuları özlərini itirir, ayaqları bir-birinə dolaşır, topu hara gəldi vururdular. Konkret, "Məmmədağa, vur qabağa"...
Nəticədən narazı qalan gəncəli azarkeşlər isə matçın baş hakimi Elçin Məsiyevin idarəçiliyindən narazı idilər. O qədər narazı ki, fanatlar baş məşqçi Azər Bağırova səslənərək, "Azər, hakimi vur, qorxma!" deməkdən çəkinmədilər. Hardasa haqlı idilər. Həmin Məsiyevin 7-ci turda rəğbət bəslədiyi "Araz-Naxçıvan"ın "Turan Tovuz" üzərindəki qələbəsində də payı az deyildi...