Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda məhsuldar ötürmə verib.

Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu "Paderborn"a qarşı XIII tur oyununda buna nail olub.

O, qarşılaşmanın 8-ci dəqiqəsində Soaresə məhsuldar ötürmə edib.

Qarşılaşma "Nürnberq"in məğlubiyyəti ilə bitib - 2:3.

Qeyd edək ki, Emreli bu mövsüm "Nürnberq"lə bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 4 qol vurub və 1 qol ötürməsi edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest