"Barselona"nın sabiq hücumçusu, hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi Kataloniya klubunun 125 illiyinə həsr olunacaq yubiley tədbirinə qatıla bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Buna səbəb 37 yaşlı futbolçunun tədbirin keçiriləcəyi tarixdə (29 noyabr) daha əvvəl planlaşdırılmış işlərinin olmasıdır. Hücumçunun bu işləri bir neçə ay əvvəldən planlaşdırdığı, "Barselona"dan dəvətin isə 15 gün əvvəl gəldiyi bildirilir.

Qeyd edək ki, Messi artıq "Barselona"nın 125 illiyinə həsr olunmuş tədbirlə bağlı müsahibə verib, həmçinin Kataloniya klubunun təşkil etdiyi fotosessiyada iştirak edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest