23 Noyabr 2024, 10:28
FUTBOL
Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb.
Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu buna XI turda "Auqsburq"a qalib gəldikləri (3:0) oyunda nail olub.
Qarşılaşmada het-trik edən ingiltərəli forvard Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.
Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Halanda məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.