23 Noyabr 2024, 13:46
FUTBOL
"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Bundesliqanın 11-ci turunda "Auqsburq"a qalib gəldikləri matç (3:0) haqqında danışıb.
Matc.az xəbər verir ki, mütəxəssis böyükhesablı qələbə qazanmaqlarına baxmayaraq, komandasının oyununun onu qane etmədiyini deyib:
"Qapıya 33 zərbə vurduq və tez-tez cərimə meydançasına daxil olduq. Bizim kimi tez-tez cərimə meydançasında oynayanda təbii ki, nə vaxtsa penalti təyin olunur.
Mən oyunumuzdan qane olmadım. Çünki həmişə daha yaxşı çıxış etməyimizi istəyirəm”.