"Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin Stokholma qalmaqallı səfərindən sonra yaranan psixoloji problemlərlə bağlı mediada daha əvvəl yayılan məlumatı şərh edib.

Matc.az xəbər verir ki, Ançelotti bəhs edilən fikirlərlə razı olmadığını bildirib.

"Bu nə sualdır? Mən belə düşünmürəm. Onun burada xoşbəxt olduğunu görürəm. Fikrimcə, bu barədə spekulyasiya etmək çox çirkindir".

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlərdə 16 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest