"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubun sükanı arxasında 700-cü matçına çıxıb.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone klubun sükanı arxasında 700-cü matçına çıxıb.

Matc.az xəbər verir ki, İspaniya La Liqasının 2024/2025 mövsümünün 14-cü turunda Madrid klubu "Alaves"i 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, 54 yaşlı Simeone La Liqa tarixində komandanın sükanı arxasında 700 rəsmi oyun keçirən ilk məşqçi olub. Simeone "Atletiko"nun baş məşqçisi kimi keçirdiyi 700 matçda 413 dəfə qalib gəlib, 156 dəfə heç-heçə edib və 131 dəfə məğlub olub.

Xatırladaq ki, Simeone 2011-ci ilin dekabrında Madrid komandasına rəhbərlik edir.

"Atletiko" La Liqada 14 oyundan sonra 29 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest