24 Noyabr 2024, 10:58
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunun "Tottenhem"i ilə oyunda (0:4) məğlubiyyətdən danışıb.
Matc.az xəbər verir ki, Qvardiola taktianın yalnış olmadığını deyib.
"Biz bu matçı taktikaya görə yox, psixologiyaya görə uduzduq. Biz əsas məqamlara yanlış reaksiya verdik".
Xatırladaq ki, "Mançester Siti" son 5 oyunun hamısında uduzub. Komandada son 18 ildə ilk dəfədir belə hal baş verir.