24 Noyabr 2024, 14:30
FUTBOL
Gələn il "Mançester Yunayted" və "Mançester Siti" "Sportinq"in 26 yaşlı hücumçusu Viktor Gyökereşi transfer etmək üçün yarışacaqlar.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bildirilir ki, isveçli futbolçunun transferi Mançester klublarına 65 milyon funt-sterlinqə (78,1 milyon avro) başa gələ bilər.
"Mançester Yunayted" əmindir ki, "qırmızı şeytanlar"a əvvəllər "Sportinq"i çalışdırmış Ruben Amorimin başçılıq etməsi faktı onlara Győkereşin transferində kömək edə bilər.
"Mançester Siti" isə hesab edir ki, daha əvvəl "aslanlar"da çalışmış klubun yeni idman direktoru Huqo Viana 26 yaşlı hücumçunu onlara qoşulmağa razı sala bilər.