"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunun "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə maraqlanmasına münasibət bildirib.
Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis özünəməxsus tərzdə cavab verib.
"Kristiano İstanbula yemək yeməyə gələ bilər, çünki şəhər Səudiyyə Ərəbistanı ilə Portuqaliyanın ortasındadır. Ronaldo köhnə dostu Joze Mourinyonu ziyarət etmək üçün şəxsi təyyarəsinə də minə bilər. O zaman otelimdə yemək yeyə bilərik.
Onun “Fənərbaxça”da oynayacağını deyənlərə gəlincə, onlar ya yazdıqlarını başa düşmürlər, ya da yaydıqları gülünc xəbərlərə sevinirlər”.
Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbaxça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.