"Real"ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının bu mövsüm qüvvəyə minən yeni formatını tənqid edib.

"Real"ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqasının bu mövsüm qüvvəyə minən yeni formatını tənqid edib.

Matc.az xəbər verir ki, Peres yeni formatın ədalətsiz olduğunu deyib.

"Çempionlar Liqasının yeni formatı problemləri həll etmədi. Bu ədalətsiz sistemdir. UEFA matçların sayını artırdı, lakin onların dəyəri əvvəlkindən daha az oldu".

Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 deyil, 36 komanda çıxış edir. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdülər. İndi isə 36 komandanın hamısı vahid sıralamada yer alır.

2024/2025 mövsümü üçün UEFA Çempionlar Liqasının finalı 31 may 2025-ci ildə Münhendəki "Allianz Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest