O, “Ferensvaroş” (Macarıstan) - “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.

FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

O, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) - “Malmö” (İsveç) oyununun baş hakimi olacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov icra edəcək.

Qeyd edək ki, noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest