26 Noyabr 2024, 10:49
FUTBOL
Superliqanın 13-cü turunda "Bodrum"la oyunda ayaq əzələsindən zədə alan "Qalatasaray"ın futbolçusu Kaan Ayhanın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə “sarı-qırmızılılar”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təcrübəli müdafiəçi ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Kaan Avropa Liqasında "AZ Alkmaar", Superliqada isə "Eyüpspor" və "Sivasspor"la görüşlərdə komandasın kömək edə bilməyəcək.
Qeyd edək ki, Kaan Ayhan cari mövsümdə “cim-bom”un heyətində 16 görüşdə 1 assist ilə yadda qalıb.