"Sabah"ın prezidenti Maqsud Adıgözəlov klubdakı yeni təyinatla bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, "Matc TV"yə açıqlamasında rusiyalı məşqçi Vasili Berezutskinin paytaxt təmsilçisinin “sükanı arxasına” gətirilməsini şərh edib.

Adıgözəlov Berezutski ilə danışıq prosesinə çox vaxt sərf etmədiklərini deyib. Funksioner danışıqlar zamanı nəyin əsas rol olduğunu açıqlayıb: “Danışıqlar çox vaxt almadı. Vasili Berezutskinin istəkli olması və motivasiyası qərarımızı qətiləşdirdi. Aramızda çox məhsuldar görüş keçirdik. Görüşdə bütün vacib məsələləri müzakirə etdik. O, klubla bağlı artıq müəyyən informasiyaya sahibdi”.

Qeyd edək ki, "Sabah" klub dünən Vasili Berezutski ilə 2,5 illik müqavilə imzalandığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest