Elçin Məsiyev “Serkle Brügge” (Belçika) - “Harts” (Şotlandiya) görüşünün baş hakimi olacaq.

FİFA referisi Elçin Məsiyev yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, Konfrans Liqası oyununda hakimlik edəcək.

Belə ki, E.Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Serkle Brügge” (Belçika) - “Harts” (Şotlandiya) görüşünün baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev icra edəcək.

Qeyd edək ki, noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest