“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda Fransanın “Lion” klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, UEFA noyabrın 28-də Bakıda təşkil olunacaq görüşü Serbiyadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Nenad Minakoviç olacaq. Ona Nikola Boroviç və Boşko Bojoviç yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Milan Mitiç icra edəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq “Qarabağ” - “Lion” qarşılaşması saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest