AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XIV turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, “Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimələnib.

Matçın 62-ci dəqiqəsində azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyindən, “Səbail” 500 manat cərimə olunub. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə, bakılılar daha 800 manat cəriməyə məruz qalıb.
“Neftçi” – “Zirə” matçının fasiləsində meydançaya kənar şəxslər daxil olub. Buna görə “Neftçi” 800 manat ziyana düşüb.
“Turan Tovuz”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat cərimələnib.
“Sumqayıt” – “Şamaxı” görüşünün 78-ci dəqiqəsində isə azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılması “Sumqayıt”ı 800 manat xərcə salıb.