"Napoli"nin 23 yaşlı vingeri Xviça Kvaratsxeliya "Mançester Yunayted"in transfer hədəfindədir.
Matc.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.
Bildirlir ki, "qırmızı şeytanlar" gürcü futbolçuya illik 8 milyon avro maaşla 5 illik müqavilə, həmçinin daha 1 milyon avro bonus təklif etmək istəyir. Öz növbəsində "Napoli" Kvaratsxeliyanı saxlamaq istəyir və ona mövsümdə 6 milyon avro maaşla yeni müqavilə təklif edir.
Mövsümün sonuna qədər vəziyyət həll olunmasa, İtaliya klubunun hücumçunu təxminən 100 milyon avroya transfer etməyi düşünə biləcəyi vurğulanır.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 15 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
23 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 80 milyon avrodur.