27 Noyabr 2024, 02:12
FUTBOL
"Barselona" müqaviləsi 2025-ci ilin yayında başa çatacaq "Liverpul"un 32 yaşlı vingeri Məhəmməd Salahla maraqlanmaqda davam edir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, mövcud marağa baxmayaraq, Kataloniya klubu futbolçunun transferinə şübhə ilə yanaşır, çünki 32 yaşlı futbolçuya ən azı 3 mövsümlük uzunmüddətli müqavilə təklif edilməli olacaqlar.
Bundan əlavə, Salah "Barselona"da ən çox maaş alan oyunçularından biri olacaq. Bu isə maliyyə yükünün daha da artması deməkdir.
Həmçinin, Salahın komandanın 17 yaşlı cinah oyunçusu Lamin Yamalla eyni mövqedə oynaması da səbəblərdən biridir.