27 Noyabr 2024, 11:06
FUTBOL
“Bakıda havanın necə olması bizi maraqlandırmır”. Matc.az xəbər verir ki, bu sözlər “Lion”un baş məşqçisi Pyer Saja məxsusdu.
45 yaşlı mütəxəssis Avropa Liqasının V turunda “Qarabağ”la keçiriləcək oyun öncəsi fikirlərini bildirib.
O, Bakı səfərinə hazırlaşarkən hava limanında Fransa klubunun sosial şəbəkəsinə qısa açıqlama verib: “Biz Bakıya futbol oynamağa gedirik. Yağış, külək, ildırım yaxşı çıxış etməyimizə mane olmamalıdı. Həmişə qələbə üçün mübarizə aparmalıyıq. Komandamızda motivasiya yüksəkdi. Bu da ümidli olmaq üçün yetərlidi”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” oyunu saat 21:45-də başlayacaq.