“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Norveç millisinin üzvü qol+ötürmə sistemin görə buna nail olub.

24 yaşlı forvard Liqa mərhələsinin V turunda “Feyenord”la qarşılaşmada dubla imza atıb. 44-cü dəqiqədə ilk qolunu penaltidən fərqlənən Haland 50 qol+ötürmə (45 qol, 5 məhsuldar ötürmə) həddinə ən tez çatan futbolçu olub. O, bunu cəmi 44 oyunda həyata keçirib.

Ulduz futbolçu bu göstəricidə “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroyu (45 oyun) geridə qoyub.

Qeyd edək ki, İngiltərədə baş tutan “Mançester Siti” - “Feyenord” matçı 3:3 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest