“Real”ın baş məşqçisi Karlo Ançelotti oyunlar zamanı əvəzetmələri gec etdiyi ilə bağlı sualları cavablandırıb. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis onu tənqid edənlərin fikirlərinə görə hərəkət etmədiyini bildirib.

“Mən çoxlu məsləhətlər eşidirəm. Amma 1300 oyun keçirmişəm. Yəni 1300 dəfə hansısa heyəti meydana buraxmışam. Demək olar ki, 4000 dəyişiklik etmişəm. Bu məsələdə mənə heç kim məsləhət verə bilməz”, - deyə Ançelotti söyləyib.

Qeyd edək ki, “Real” bu gün Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Liverpul”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest