Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) “Barselona”nın müdafiəçisi Pau Kubarsini ilin kəşfi elan edib. Matc.az xəbər verir ki, siyahıda 2023-cü ildə peşəkar səviyyədə 900 dəqiqədən az oynayan və 2024-cü ildə daha çox oyun vaxtı əldə edən 20 yaşdan kiçik futbolçular yer alıb.
Araşdırma zamanı həm dəqiqələrin sayı, həm oyunların səviyyəsi, həm də nəticələr nəzərə alınaraq təcrübə reytinqi müəyyənləşdirilib.
İlk “10-luq” belədi:
1. Pau Kubarsi (“Barselona”) – 91,5 reytinq
2. Kobbi Maynu (“Mançester Yunayted”) – 83,3
3. Xulio Soler (“Lanus”) – 77
4. Estevan (“Palmeyras”) – 74,9
5. Semih Kılıçsoy (“Beşiktaş”) – 73
6. Klaudio Eçeverri (“River Pleyt”) – 72,9
7. Cek Hinşelvud (“Brayton”) – 72,3
8. Tobias Palasio (“Argentinos Juniors”) – 71,8
9. Yan Min Hek (“Kanvon”) – 71,5
10. Breno Bidon (“Korintians”) – 70,9.