Fransanın "Lion" komandasının yarımmüdafiəçisi Jordan Veretu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası qarşılaşmasından əvvəl mətbuat konfransında iştirak edib.
"Qarabağ"ın heyətində təhlükəli və keyfiyyətli futbolçular var".
Matc.az xəbər verir ki, bunu Fransanın "Lion" komandasının yarımmüdafiəçisi Jordan Veretu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası qarşılaşmasından əvvəl mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisinin üzvü Yassin Benzianın daha əvvəl "Lion"da oynadığını xatırladıb. Oyunçu mövsüm ərzində uğursuz çıxış etdikləri bəzi matçların olduğunu da bildirib:
"Müxtəlif mövqelərdə oynaya bilirəm. Hər şey baş məşqçinin qərarından asılıdır".
Veretu sabahkı oyunda qalib gəlmək üçün əllərindən gələni edəcəklərini söyləyib:
"Beşiktaş"la oyunda hücumda yaxşı performans sərgilədik. Sabahkı matçda da futbolçularımız qüvvələrini səfərbər edəcəklər".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" – "Lion" görüşü saat 21:45-də start götürəcək.