28 Noyabr 2024, 00:48
FUTBOL
İtaliya təmsilçisi "İnter" futbolçusu Denzel Dyumfrislə müqavilə müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Dyumfris cari mövsüm "İnter"in heyətində 15 oyunda 2 qol vurub.