İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Mançini açıqlama verib. Matc.az xəbər verir ki, o, millidən ayrılmasını səhv adlandıraraq, həmin qərarına görə peşman olduğunu dilə gətirib.

“Zamanı geri qaytara bilsəydim, hər şeyi fərqli edərdim. Hələ tamamlamadığım işlər var. Dünya çempionatını qazanmaq arzusu ilə yaşayıram”, - deyə Mançini bildirib.

Qeyd edək ki, Mançini 2018-2023-cü illərdə İtaliya yığmasını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest