28 Noyabr 2024, 11:16
FUTBOL
"Benfika"nın argentinalı yarımmüdafiəçisi Anxel di Mariya həmyerlisi Lionel Messini geridə qoyub. Matc.az xəbər verir ki, o, bunu UEFA Çempionlar Liqasında məhsuldar ötürmə sayında reallaşdırıb.
Di Mariya səfərdə "Monako"ya qalib gəldikləri (3:2) qarşılaşmada iki assist müəllifi olub. Bununla da, o, Çempionlar Liqasında verdiyi məhsuldar ötürmələrin sayını 41-ə çatdırıb. Nəticədə di Mariya aktivində 40 assist olan Messini qabaqlayıb.
Qeyd edək ki, ÇL-də ən çox assist müəllifi isə Kriştianu Ronaldodu (42).