28 Noyabr 2024, 11:43
FUTBOL
Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından Karlos Jatoba da fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.
“Araz-Naxçıvan” ölkə çempionatının 15-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəyi matçın hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Taktiki planda təmrinlər yerinə yetirən komandada zədəlilər də məşqlərə başlayıb.
Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından Karlos Jatoba da fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.
Qeyd edək ki, Jatoba bu ilin avqust ayında axill tendon nahiyəsindən əməliyyat olunmuşdu.