“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqanı itirib. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü Çempionlar Liqasının V turunda “Liverpul” səfər oyununda zədələnib.

22 yaşlı orta sahə oyunçusu komandasının 0:2 hesabı ilə məğlub olduğu görüşün 56-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Qarşılaşmadan sonra bununla bağlı açıqlama verən “kral klubu”nun qapıçısı Tibo Kurtua komanda yoldaşının əzələsinin dartıldığını bildirib. Kamavinqanın təxminən 2-3 həftə yaşıl meydanlardan kənar qalması gözlənilir.

Qeyd edək ki, Kamavinqa bu mövsüm bütün turnirlərdə 9 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest