Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya İspaniyaya köçə bilər. Matc.az xəbər verir ki, PSJ-nin futbolçusu “Real”ın maraq dairəsinə düşüb.

“Kral klubu” orta sahədəki boşluğu “Mançester Siti”dən Rodri ilə doldurmağı planlaşdırırdı. Lakin tərəflər arasında danışıqlar müsbət nəticələnmədiyindən, rəhbərlik alternativ variantlara üstünlük verir. İlk hədəf isə Vitinyadı.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi cari mövsüm PSJ-nin heyətində 14 oyun keçirib, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest