“Azərbaycanda futbolu sevirlər”. Matc.az xəbər verir ki, bunu Fransanın “Lequipe” nəşrinə açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.
“Azərbaycanda futbolu sevirlər”. Matc.az xəbər verir ki, bunu Fransanın “Lequipe” nəşrinə açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir deyib.
Artıq 7-ci mövsümdü Ağdam klubunun formasını geyinən fransalı futbolçu Bakıdakı yaşayışından məmnunluq bildirib: “Çox adam məni tanıyır. Küçədə gedərkən saxlayırlar. Heç bir gərginlik hiss etmirəm. Yersiz şərh də eşitməmişəm. Sahildə yaşayıram, restoranların hamısı Fransadakı kimidi. Burda həyat gözəldi. Hər şey sakitdi və təhlükəsizlik baxımından çox yaxşıdı”.
32 yaşlı hücumameyilli oyunçu “Qarabağ”ın hədəflərindən də söz açıb: “Klub ambisiyalıdı, ardıcıl 11-ci ildi avrokubokda çıxış edir. Bu da məni çox həyəcanlandırır. “Arsenal”, “Bayer”, “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm. Bunu “Qarabağ”la yaşamağı çox istəyərəm”.
Qeyd edək ki, “Qarabağ” bu gün Avropa Liqasının V turu çərçivəsində Bakıda Fransa klubu “Lion”u qəbul edəcək. Qarşılaşma saat 21:45-də başlayacaq.