"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları qarşılaşma (1:4) haqqında fikirlərini bölüşüb.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Lion"a uduzduqları qarşılaşma (1:4) haqqında fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, görüşdən sonra "CBC Sport"a açıqlama verən 28 yaşlı hücumçu qol şanslarını yararlana bilmədiyinə görə təəssüflənib: 

"Keyfiyyətli komandaya qarşı oynadığımızın fərqində idik. Çoxlu qol epizodları yaratdıq. Təkcə mənim 3 qol şansım oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədim. Bəxt amili də öz sözünü dedi. Ümumi götürdükdə Fransanın ən yaxşı komandalarından birinə qarşı çıxış etdik. Amma buna baxmayaraq, öz komandama, yoldaşlarıma inanıram".

Braziliyalı forvard Ağdam təmsilçisinin yaxşı çıxış etdiyini vurğulayıb: "Əslində yaxşı oyun nümayiş etdiririk. Belə böyük rəqiblərə qarşı matçlarda oyunun taleyini bəzi detallar həll edir. Qarşıda Premyer Liqa oyunumuz var. Həmin görüşə köklənməliyik. Bundan sonra yenidən Avroliqanın oyunlarını fikirləşəcəyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest