19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək. Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Estoniya yığması ilə üz-üzə gələcək.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşmanı finlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız ilk görüşündə İsveçrəyə 0:8 hesabı ilə məğlub olub.

U-19-lar (qadınlar) arasında Avropa çempionatı

Seçmə qrup mərhələsi, II tur

29 noyabr

13:00. Estoniya (U-19) - Azərbaycan (U-19)

Hakimlər: İfeoma Kulmala, Ann-Sofie Traskman (hər ikisi Finlandiya), Qalatia Kontakki, Mirofora Tumazu (hər ikisi Kipr)

“Kouklia Community” stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest