“Real” və “Barselona”nın əfsanələri arasında görüş keçirilib. Matc.az xəbər verir ki, Qətərdə təşkil olunan “El Klasiko” 2:2 hesabı ilə başa çatıb.

Kataloniyalıların heyətində Xuan Pablo Sorin və Ronaldinyo, “kral klubu”ndan isı Luiş Fiqu və Edvin Konqo qol fərqləniblər. Patrick Klyuvert matçın sonlarında penaltini yerinə yetirə bilməyib. Yalnız oyunsonrası penaltilər seriyasında rəqibindən üstün olan "Barselona" 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cavab matçı dekabrın 15-də Tokioda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest