29 Noyabr 2024, 12:43
FUTBOL
Avropanın milli çempionatlarında cari mövsüm darmadağınla ən çox qalib gələn komandaların adları müəyyənləşib. Matc.az xəbər verir ki, siyahıda Azərbaycan klubu “Qarabağ” da yer alır.
Ağdam klubu Misli Premyer Liqasında keçirdiyi 13 görüşün 7-də rəqiblərini 3 və ya daha çox fərqlə üstələməyi bacarıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə hazırda qitənin ikincisidi. Cəbəllütariqin “Linkoln” və Portuqaliyanın “Sportinq” klubu da eyni statistika ilə birlikdə ikinci pilləni “Qarabağ”la bölüşdürürlər.
Cədvələ “Srvena Zvezda” başçılıq edir. Belqrad komandası Serbiya çempionatında keçirdiyi 14 qarşılaşmanın 8-də rəqiblərini darmadağın edib.
Qeyd edək ki, “Qarabağ” hazırda 34 xalla ölkə çempionatına başçılıq edir.