Konor Bredli “Liverpul”un qarşıdakı oyunlarını buraxa bilər. Matc.az xəbər verir ki, “qırmızılar”ın müdafiəçisi Çempionlar Liqasında “Real”la görüşdə zədə alıb.

O, 87-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Bredlinin zədəsinin şiddəti və sağalma müddəti tibbi müayinədən sonra dəqiqləşəcək. Ancaq klub onun dekabrdakı vacib qarşılaşmaları buraxa biləcəyindən ehtiyatlanır. “Mersisaydlılar” 28 gün ərzində 9 görüş keçirəcəklər.

Qeyd edək ki, “Liverpul” “Real” üzərində 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest