FIFA 2024-cü ilin ən gözəl qoluna veriləcək “Ferens Puşkaş” mükafatı üçün namizədlərin siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın da adı var.

FIFA 2024-cü ilin ən gözəl qoluna veriləcək “Ferens Puşkaş” mükafatı üçün namizədlərin siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın da adı var.

Onun Əlcəzair millisinin heyətində Cənubi Afrika Respublikasına vurduğu qol ilin ən yaxşısı seçilməyə namizəddi. Siyahıda ümumilikdə 11 futbolçu yer alır. 2023-cü ilin avqustun 21-dən 2024-cü ilin avqustun 10-dək vurulan 11 qoldan ən yaxşısı səsvermə əsasında müəyyənləşəcək.

Namizədlərin siyahısı:

Həsən əl-Xaidos (Qətər - Çin);

Terri Antonis (“Melburn Siti” - “Vester Siti Vonderers”);

Yassin Benzia (Əlcəzair - Cənubi Afrika Respublikası);

Valter Bou (“Lanus” - “Tiqre”);

Maiko Çirinos (Kosta-Rika - Honduras);

Federiko Dimarko (“İnter” - “Frozinone”);

Alehandro Qarnaço (“Everton” - “Mançester Yunayted”);

Məhəmməd Kudus (“Vest Hem” - “Frayburq”);

Denis Omedi (KSK - “Kitara”);

Pol Onuaçu (“Trabzonspor” - “Konyaspor”);

Ceyden Filodjin (“Roterm” - “Hall Siti”);

Qeyd edək ki, səsvermə dekabrın 10-da yekunlaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest