"Benfika"nın futbolçusu Tomas Arauxo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, onun xidmətində Premyer Liqanın iki təmsilçisi maraqlıdı.

"Mançester Yunayted" və "Çelsi" portuqaliyalı müdafiəçi ilə yaxından maraqlanır. “Mankunianlar” 22 yaşlı oyunçu üçün 50 milyon funt-sterlinq xərcləməyə hazırdılar.

Qeyd edək ki, "Benfika"nın yetirməsi olan Arauxo cari mövsümdə Lissabon klubunun heyətində 13 oyunda 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest