"Barselona"nın sağ cinah oyunçusu Lamin Yamal zədəsini sağaldıb.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

"Lamin Yamal "Las Palmas" ilə oynamağa hazırdır. Onun start heyətində və ya ehtiyat oyunçular skamyasında olacağı bilinmir, lakin o, heyətə daxil ediləcək".

Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 16 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest