DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti paylaşıb.

Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest