"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola müqaviləsinin 2027-ci ilin yayına qədər uzadılmasından danışıb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Mançester klubunda xoşbəxt olduğunu deyib.

"Mən təkcə keçmişdə əldə etdiklərimizə görə deyil, həm də hələ də xoşbəxt olduğum üçün buradayam və hələ də "Siti" ilə uğur qazanmaq istəyirəm. Vəziyyət dəyişsə, qalmaq istəməzdim. Özümü problem kimi hiss etmək istəmirəm. Sadəcə müqaviləm olduğu üçün qalmaq istəmirəm".

Xatırladaq ki, "Mançester Siti" son altı oyunda 5 dəfə məğlub olub və bir heç-heçə edib. Qvardiolanın yetirmələri hazırda 12 oyundan sonra 23 xalla Premyer Liqada 4-cü yerdədir və lider "Liverpul"dan 9 xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest