"Liverpul"un futbolçusu Məhəmməd Salah PSJ-yə keçə bilər. Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunun transferi ilə şəxsən özü maraqlanır.
"Liverpul"un futbolçusu Məhəmməd Salah PSJ-yə keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Nacional" nəşri paylaşıb.
Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi 32 yaşlı hücumçunun transferi ilə şəxsən özü maraqlanır.
Kilian Mbappenin "Real"a gedişindən sonra hücum xəttindəki boşluğu doldurmaq istyən paytaxt klubu misirli futbolçuya ildə 40 milyon avro maaş verməyə hazırdır. Bu keçid baş tutsa, Salah Avropada ən çox maaş alan oyunçusu olacaq.
Qeyd edək ki, Salah bu mövsüm İngiltərə Premyer Liqasında 12 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayına qədərdir.